Putin Trampla danışıqlar aparıb

Putin Trampla danışıqlar aparıb

Bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Kremlin məlumatında deyilir.

Rusiya lideri prezident seçkilərində qazandığı qələbə münasibətilə həmsöhbətini təbrik edib və seçkiqabağı proqramının həyata keçirilməsində ona uğurlar arzulayıb.

Putin yeni ABŞ administrasiyası ilə siyasi dialoqu bərabərlik, qarşılıqlı hörmət və bir-birilərinin işinə müdaxilə etməmək prinsipləri şərti ilə qurmağa hazır olduğunu bildirib.

Söhbət zamanı Putin və Tramp Rusiya-ABŞ münasibətlərinin hazırkı durumunu qeyri-qənaətbəxş hesab edərək, münasibətlərin normallaşdırılması və konstruktiv əməkdaşlıq istiqaməti üzrə yönəldilməsinin vacibliyini vurğulayıblar.

“Putin və Tramp ümumi düşmən olan beynəlxalq terrorizm və ekstremizmə qarşı səylərin birləşdirilməsinin zəruriliyini qeyd ediblər. Bu baxımdan Suriya böhranının nizamlanması məsələləri müzakirə olunub. Gələcəkdə əlaqələrin telefon vasitəsi ilə davam etdirilməsi nəzərdə tutulub. Şəxsi görüşün hazırlanması üçün hər iki tərəfin nümayəndələrinə tapşırıqlar verilib”, Kremlin məlumatında deyilir.

S.B.

0
8