Neftin qiyməti ucuzlaşmaqda davam edir

Neftin qiyməti ucuzlaşmaqda davam edir

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti avqustun 11-dən ilk dəfə 44 dollardan aşağı düşüb.

ICE London qitələrarası birjasında Şimal dənizi neft qatışığının yanvar fyuçerslərinin qiyməti bir barelə görə 1,65 ucuzlaşaraq 43,94 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,68% azalaraq 42,68 dollar təşkil edib.

S.B.

0
9