Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb

Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb

Britaniyanın “Combat Aircraft” jurnalı Rusiyaya məxsus MİQ-29 qırıcı təyyarəsinin Aralıq dənizində qəzaya uğraması barədə məlumat yayıb.

Oxu.Az xəbər verir ki, nəşrin mənbələrinin məlumatına əsasən, aviaqəza noyabrın 13-də yerli vaxtla saat 17:30-da baş verib.

Təyyarə təlimlər zamanı “Admiral Kuznetsov” aviadaşıyıcı gəmiyə eniş edərkən suya düşüb. Pilot katapult edərək sağ qalıb.

Rusiya Müdafiə Nazirliyi faktı təsdiq edib.

S.B.

0
8