Təhsil Problemləri İnstitutunun adı dəyişdirilib

Təhsil Problemləri İnstitutunun adı dəyişdirilib

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Oxu.Az-ın məlumatına görə, sənədə əsasən Təhsil Problemləri İnstitutu bundan sonra Azərbaycan Respublikasının Təhsil İnstitutu adlanacaq.

Fərmanla əlaqədar Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyi müvafiq tapşırıqlar verilib.

S.B.

0
6