Türkiyədə partlayış: 10 yaralı

Türkiyədə partlayış: 10 yaralı

İstanbul şəhərinin Sultanbeyli rayonunda kosmetik vasitələrin istehsal olunduğu fabrikdə partlayış olub.

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə buxar qazanının partlaması nəticəsində baş verib.

Partlayış zamanı 10 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım xidmətləri cəlb olunub.

0
8