Belarusun II Avropa oyunlarına nə qədər pul xərcləyəcəyi açıqlanıb

Belarusun II Avropa oyunlarına nə qədər pul xərcləyəcəyi açıqlanıb

Minsk 2019-cu ildə keçiriləcəyi nəzərdə tutulan II Avropa Oyunlarının təşkilinə 50 milyon dollar xərcləyəcək.

Oxu.Az-ın Belta agentliyinə istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Moqilyovsk vilayətinə səfəri zamanı bəyan edib.

“Biz hesablamışıq, bu Oyunlardan gəlir də əldə edə bilərik. Minsk II Avropa Oyunlarının keçirilməsinə 50 milyon dollara yaxın pul xərcləməlidir. Bu ölkə üçün göz yaşları deməkdir. Lakin bəlkə bu qədər məbləğə ehtiyac olmadı. Avropalılar kömək edəcəklərini deyiblər”, - Lukaşenko deyib.

Belarus prezidenti qeyd edib ki, növbəti Avropa Oyunları Belarus tərəfindən yüksək səviyyədə təşkil olunacaq.

S.B.

0
10