Türkiyədə 3 mindən çox hakim və prokuror işdən çıxarılıb

Türkiyədə 3 mindən çox hakim və prokuror işdən çıxarılıb

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı istintaq çərçivəsində 3500-ə yaxın hakim və prokuror vəzifəsindən uzaqlaşdırılıb.

Oxu.Az Sabah nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə hakim və prokurorlar ali şurasının sədr müavini Mehmet Yılmaz deyib.

Onun sözlərinə görə, Gülən qruplaşması (FETÖ) ilə əlaqədə şübhəli bilinən 3696 hakim və prokurordan 3456-sı işdən azad edilib.

yulun 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı dövlət çevrilişinə cəhd edib. Əsas qarşıdurmalar Ankara və İstanbulda olub.

246 türk vətəndaşı həlak olub, 2 minə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, qiyam yatırılıb. Türkiyə hakimiyyəti Güləni qiyamın təşkilində ittiham edərək ABŞ-dan onun ekstradisiyasını tələb edib.

Gülən özü qiyamı pisləyib və bu qiyama heç bir aidiyyəti olmadığını söyləyib.

S.B.

0
5