“Azəristiliktəchizat”: İstilik sistemi qış mövsümünə hazırdır

“Azəristiliktəchizat”: İstilik sistemi qış mövsümünə hazırdır

Azərbaycanda istilik mövsümü planlaşdırıldığı kimi noyabrın 15-i başlayacaq.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə “Azəristiliktəchizat” ASC-nin müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bütün qazanxanalar qış mövsümünə hazırdır.

R.Əliyev sistemin yoxlanılması məqsədilə sınaqların keçirildiyini və xətlərin çalışdığını deyib.

O həmçinin qeyd edib ki, bütün qazanxanalar sabahdan etibarən qrafik üzrə çalışacaq.

S.B.

0
9