Bakıda Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək

Bakıda Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək

Azərbaycan prezidenti İlham Əliyev V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə 2017-ci ilin oktyabr ayında Bakı şəhərində V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun təşkilinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

S.B.

0
7