Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verildi

Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verildi

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib.

Oxu.Az-a Dövlət Agentliyindən verilən məlumata görə, saytda İcbari Tibbi Sığorta (İTS) haqqında məlumat, bu sahədə qanunvericilik bazası, icbari sığorta dan kimlərin istifadə edə biləcəyi barədə informasiya, vətəndaşları maraqlandıran suallara cavab əksini tapıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 15 fevral 2016-cı il tarixindən etibarən fəaliyyət göstərir.

U.A.

0
14