İlham Əliyev fələstinli həmkarını təbrik edib

İlham Əliyev fələstinli həmkarını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbası ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Fələstin münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və möhkəmlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm”.

0
3