Azad Rəhimov iki sektor müdirini işdən çıxartdı

Azad Rəhimov iki sektor müdirini işdən çıxartdı

Gənclər və İdman Nazirliyinin iki sektor müdiri vəzifəsindən azad edilib.

Oxu.Az-ın “Report”-a istinadən verdiyi məlumatına görə, bu barədə nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov bu gün keçirilən mətbuat konfransında açıqlama verib.

F.Mansurov bildirib ki, hazırda nazirliyin İdman şöbəsi 6 sektordan ibarətdir. Bu yaxınlarda Mütalib Həsənov idman məktəbləri, İradə Rüstəmzadə dopinqə qarşı mübarizə sektorunun müdiri vəzifəsindən ayrılıblar:

“Yaxın gələcəkdə digər sektorların müdirləri də özlərini doğrultmasalar, yollarımızı ayıracağıq”.

E.Ə.

0
5