Türkiyədə polislərə hücum edilib

Türkiyədə polislərə hücum edilib

Naməlum şəxsər Türkiyənin Antalya əyalətində polis bölməsinə hücum ediblər, nəticədə bir polis yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə CNN Turk telekanalı bazar ertəsi məlumat yayıb.

Hadisə Konyaaltı rayonunda baş verib. Hücum polis əməkdaşlarının meşə sahəsində növbə çəkərkən baş verib.

Hadisə yerinə polis və təcili yardım briqadası cəlb edilib. Yaralanmış əməkdaş xəstəxanaya yatırılıb, onun vəziyyəti barədə məlumat verilmir.

N.O.

0
6