Bu il Azərbaycan idmançıları 500-dən artıq medal qazanıblar

Bu il Azərbaycan idmançıları 500-dən artıq medal qazanıblar

Gənclər və İdman Nazirliyinin Gənclər şöbəsinin müdiri, Yunan-Roma güləşi üzrə olimpiya və dünya çempionu Fərid Mansurov rəhbərlik etdiyi şöbənin 3 aylıq fəaliyyəti barədə mətbuat konfransı keçirib.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, F.Mansurov bildirib ki, Azərbaycan idmançıları 9 ay ərzində 121 qızıl, 146 gümüş, 245 bürünc medal qazanıb. Medallardan 18-i Yay Olimpiya, 11-nin isə Paralimpiya Oyunlarında əldə olunub.

F.Mansurov bildirib ki, il ərzində ölkədə Formula 1 üzrə Avropa Qran Prisi, Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışlar keçirilib, dövlət başçısı tərəfindən 4 nəfər Şöhrət Ordeni, 17 nəfər Tərəqqi medalı ilə təltif olunub.

A.M.

0
8