“Yeni Nəfəs-2” iştirakçıları üçün seminarlar keçiriləcək

“Yeni Nəfəs-2” iştirakçıları üçün seminarlar keçiriləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün “Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarlar keçirəcək. Bu barədə qurumdan Lent.az-a verilən məlumatda deyilir. Seminarları aparmaq üçün Azərbaycanın tanınmış kino xadimləri, xalq artistləri Ramiz Fətəliyev , Oqtay Mirqasım, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və əməkdar mədəniyyət işçisi Yusif Şeyxov dəvət olunublar.

Seminarlar istedadlı gənclərin yaradıcılıq səviyyəsinin təkmilləşdirilməsinə təkan verəcək. Yaradıcı gənclər üçün seminarlar noyabr-dekabr aylarında Kinematoqrafçılar İttifaqlnda keçiriləcək.

0
6