Nobel prospektində hərəkət bərpa olunub

Nobel prospektində hərəkət bərpa olunub

Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq mərkəzdən Zığ istiqamətinə doğru prospektin sözügedən kəsişməsi 30.03.2016-cı il tarixindən bağlanaraq hərəkət alternativ yollara istiqamətləndirilib.

“Azəravtoyol”dan Oxu.Az-a verilən məlumata görə, piyada keçidində işlər yekunlaşdığından (yalnız daxildə üzləmə işləri qalıb) bu gündən etibarən Nobel prospektində qazılmış sahə bərpa olunub və yeni asfalt-beton örtüyü döşənib. Artıq ərazidə hərəkət əvvəlki istiqamətdə bərpa olunub.

Qeyd edək ki, Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində 220 m uzunluğunda qalereyanın tikintisi yekunlaşıb. Hal-hazırda qalereyanın mərmər-qranitlə üzlənməsi işləri davam etdirilir.

Bundan başqa, 8 ədəd çöl şəraitində quraşdırılan eskalatorların yaxın müddət ərzində keçidin giriş hissələrində quraşdırılması da nəzərdə tutulub.

E.Ə.

0
5