“Beynəlxalq Bank”ın 10 milyarda yaxın problemli aktivi silinib

“Beynəlxalq Bank”ın 10 milyarda yaxın problemli aktivi silinib

2016-cı ildə “Azərbaycan Beynəlxalq Bank” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC-yə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb. Bu barədə bankın cari ilin I yarısına aid konsolidasiya edilmiş audit hesabatında deyilir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, audit “Deloitte” şirkəti tərəfindən aparılıb.

Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlərin həcmi 9 milyard 930 milyon manat həcmindədir. Qeyd edilib ki, I mərhələdə bankın balansından çıxarılan problemli aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır.

“Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin II yarısı - 2017-ci ilin I yarısında tamamlanması planlaşdırılır”, - deyə sənəddə qeyd edilib.

U.A.

0
10