Ukraynanın DİN rəhbəri “çılpaq” müavinini müdafiə etdi – FOTO

Ukraynanın DİN rəhbəri “çılpaq” müavinini müdafiə etdi – FOTO

Ukraynanın Daxili işlər naziri Arsen Avakov “Facebook” səhifəsində yeni müavini 24 yaşlı Anastasiya Deyevanı müdafiə edərək, gənc xanımın belə yüksək vəzifəyə təyin edilmə səbəbini izah edib.

Oxu.Az Life-a istinadən xəbər verir ki, onun sözlərinə görə, onun yeni əməkdaşı işgüzar, ünsiyyətcil olmaqla və eyni zamanda bir neçə dil bilməklə yanaşı, həm də əsl vətənpərvərdir.

O, Anastasiyanın sosial şəbəkələrdə paylaşdığı açıq-saçıq şəkillərini də şərh edib. DİN rəhbərinin sözlərinə görə, hər bir insan şəxsi şəkillərini paylaşa bilər, çılpaq şəkillərə qəzəblənənlər isə riyakardırlar.

“Bir sıra şərhçilərin tərbiyəsiz ifadələri heç bir faktı təsdiqləmir, şərhlər sadəcə onları yazanların alçaqlığının səviyyəsini nümayiş etdirir”, - Arsen Avakov bildirib.

Xatırladaq ki, 24 yaşlı Anastasiya Deyeva keçən həftə DİN rəhbərinin müavini təyin edilib, o, Avropaya inteqrasiya məsələlərinə kuratorluq edəcək.

N.O.

0
6