Beynəlxalq yarışda idmançılarımız 2 qızıl medal qazanıb – FOTO

Beynəlxalq yarışda idmançılarımız 2 qızıl medal qazanıb – FOTO

Azərbaycan Səmti Müəyyən etmə İdman Federasiyasının dəstəyi ilə noyabrın 1-dən 6-dək Türkiyədə keçirilmiş “Istanbul 5 Days” beynəlxalq turnirinə qatılmış idmançılarımız uğurlu çıxışları ilə yadda qalıb.

Səmti Müəyyən etmə İdman Federasiyasından AZƏRTAC-a bildirilib ki, “Istanbul 5 Days” turnirində uzun, orta, klassik və sprint məsafələri üzrə 5 günün ümumi nəticəsinə görə “W35” kateqoriyasında Rəna Abbaszadə (XDMX) və “W Open” kateqoriyasında Günay Həmdullayeva qızıl medal qazanıblar.

“W21A” kateqoriyasında çıxış edən Dağçılıq İdman Klubunun yetirməsi Nataliya Şiyanova ölkəmizə gümüş, “M40” kateqoriyasında çıxış edən Xəyyam Məmmədov (XDMX) bürünc medal qazanıb.

Milli komandanın digər üzvü Süleyman Əliyev isə 4-cü yer ilə kifayətlənib.

Qeyd edək ki, qazanılmış 2 qızıl medal səmti müəyyən etmə üzrə beynəlxalq yarışlarda ölkəmizin qazandığı ilk qızıl medallar kimi tarixə düşüb. Bundan öncə 2014-2015-ci illərdə ölkəmizə beynəlxalq yarışda gümüş və bürünc medalları “Antalya O Days” turnirinə qatılmış Xəyyam Məmmədov qazanmışdır.

A.S.

0
10