Merkelin partiyası Ştaynmayerin namizədliyini dəstəkləyib

Merkelin partiyası Ştaynmayerin namizədliyini dəstəkləyib

Almaniyanın kansleri Angela Merkelin rəhbərlik etdiyi “Almaniyanın xristian-demokratik ittifaq” partiyası ölkənin xarici işlər naziri Frank Valter Ştaynmayerin iqtidar koalisiyadan federal prezident postuna namizədliyinin irəli sürülməsini dəstəkləyib.

Oxu.Az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən Reuters məlumat yayıb.

Almaniyanın Xristian-sosial İttifaqının lideri Xorst Zeexofer, onun partiyasının da Ştaynmayerin namizədliyini dəstəklədiyini bəyan edib.

Qeyd edilib ki, partiyaların rəhbərləri hazırki federal prezident Yoahim Qaukanın sələfi roluna birgə namizədin müzakirəsi üçün dəfələrlə görüşüblər. Son görüş noyabrın 13-də baş tutub.

N.O.

0
3