Ağcabədidə 6 yaşlı uşaq faciəvi şəkildə ölüb

Ağcabədidə 6 yaşlı uşaq faciəvi şəkildə ölüb

Ağcabədidə 6 yaşlı uşağın qidadan zəhərlənərək ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Oxu.Az xəbər verir ki, rayon Prokurorluğundan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, 2010-cu il təvəllüdlü Elton Şirinov ölümündən 3 gün əvvəl anası ilə birgə həbsdə olan atasının yanına gedib.

Görüşə gedən ailə özü ilə ev şəraitində bağlanmış pomidor turşusu aparıb. Onlar görüş zamanı birgə yemək yeyiblər.

Uşağın əmisi Allahverdi Şirinov, APA-ya bildirib ki, görüşdən qayıtdıqdan sonra E. Şirinovun səhhətində problem yaranıb:

“Dərhal kənd həkiminə müraciət elədik. Həkim sistem köçürdü. Axşamüstü Eltonun vəziyyəti daha da ağırlaşdı. Apardıq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına. Orda həkimlərdən biri dedi ki, uşağın bağırsağında zəhərlənmə var, aparın Bərdə Mərkəzi Rayon Xəstəxanasına.

Bərdədə həkimlər dedi ki, çox gecikdirmisiniz, qəbul edə bilmərik. Onlar da Mingəçevir xəstəxanasına aparmağımızı istədilər. Bərdədən çıxıb Mingəçevirə gedirdik, Yevlaxa çatanda uşaq yolda keçindi”.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

12:30

Acabədidə 6 yaşlı uşaq qidadan zəhərlənib.

Oxu.Az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kürdlər kəndində qeydə alınıb.

Kənd sakini, 6 yaşlı Elton Şirinov evlərində pomidor turşusundan zəhərlənərək ölüb.

E.Ə.

0
10