Azərbaycandan Rusiyaya pomidor ixracında – ARTIM

Azərbaycandan Rusiyaya pomidor ixracında – ARTIM

2016-cı ilin ilk doqquz ayı ərzində Azərbaycan Rusiyaya pomidor ixrac edən ölkələr arasında ikinci yerdədir.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu məlumat “İzvestiya” qəzetində yer alıb.

Bu dövrdə Azərbaycan Rusiyaya 86 min ton pomidor ixrac edib. Bu, 2015-ci ilin ilk doqquz ayı ərzində qeydə alınan göstəricidən 56% çoxdur.

Rusiyaya ən çox pomidor ixrac edən ölkə isə Mərakeş olub. Bu ölkədən Rusiyaya 89 min tona yaxın pomidor ixrac olunub. İlk üçlüyü 68 min ton göstərici ilə Çin bağlayıb.

U.A.

0
4