İrəvanda gözəllik salonunda atışma baş verib: Ölən və yaralanan var

İrəvanda gözəllik salonunda atışma baş verib: Ölən və yaralanan var

Ermənistanın İrəvan şəhərindəki gözəllik salonlarından birində atışma baş verib.

Oxu.Az news.am saytına istinadən xəbər verir ki, hadisə salonun zirzəmisində baş verib.

Atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılarda biri isə xəstəxanaya çatdırılsa da, reanimasiya şöbəsində keçinib.

Polis hadisənin təfərrüatını araşdırır.

A.M.

0
5