Azərbaycanlılar ərzağa 11,9 milyard manat xərcləyib

Azərbaycanlılar ərzağa 11,9 milyard manat xərcləyib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 23,9 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% çox məhsul satılıb.


Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3%, qeyri-ərzaq məhsulları üzrə isə 0,8% artıb.


Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i və ya 11,9 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb.

Bundan başqa, vəsaitin 17,8%-i və ya 4,25 milyard manatı toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i və ya 1,58 milyard manatı elektrik malları və mebelin, 5,7%-i və ya 1,36 mlrd. manatı avtomobil yanacağının, 1,4%-i və ya 335 milyon manatı əczaçılıq və tibbi malların, 0,8%-i və ya 191 milyon manatı kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i və ya 4,28 milyard manatı isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

U.A.

0
3