Astarada 4 yaşlı uşaq qardaşını güllələyib

Astarada 4 yaşlı uşaq qardaşını güllələyib

Astarada 4 yaşlı oğlan özündən bir yaş balaca qardaşını güllələyib. APA-ya verilən məlumata görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.

Kənd sakini 4 yaşlı Elvin Zahirzadə babasına məxsus tüfəngdən ehtiyatsızlıqdan atəş açaraq, 3 yaşlı qardaşı Güloğlanı vurub. Yaralı uşaq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

A.M. www.oxu.az

0
2