Tramp: Məndən qorxmayın!

Tramp: Məndən qorxmayın!

Hillari Klintonun noyabrın 8-də keçirilən seçkilərin nəticələrindən narazı qalan və yeni prezidentə qarşı etiraz aksiyası keçirən tərəfdarları, öz gələcəkləri üçün narahat olmaya bilərlər: Donald Tramp onları təqib etmək niyyətində deyil.

Oxu.Az xəbər verir ki, bu barədə o, CBS telekanalının “60 dəqiqə” verilişinin bazar buraxılışında onun seçilməsinə etiraz olaraq küçələrə çıxanlara nə deyə biləcəyi barədə suala cavab verərkən bildirib.

“Mən onlara qorxmayın deyərdim”, - respublikaçı deyib.

“Qorxmaq lazım deyil. Biz ölkəmizi geri qaytaracağıq. Dəqiq qorxmaq lazım deyil”, - Donald Tramp təkrar edib.

Milyardçının sözünə görə, o, aydın fikirləşən insandır, siyasi arenada da özünü çox yaxşı aparmağa çalışacaq.

“Əlbəttə, hər şey hər zaman vəziyyətdən asılıdır”, - Tramp əlavə edib.

N.O.

0
5