Mərkəzi Bank: Strateji valyuta ehtiyatları zəruri həcmdə qorunub

Mərkəzi Bank: Strateji valyuta ehtiyatları zəruri həcmdə qorunub

“Cari ilin yanvar-sentyabr aylarında ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-sentyabr ayları üçün nəzərdə tutulmuş pul siyasəti icmalında bildirilib.

“2016-cı ilin 9 ayının sonuna strateji valyuta ehtiyatları 38,5 milyard dollar təşkil edib və 29 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 4,3 dəfə üstələyib. Strateji valyuta ehtiyatlarının həcmi cari ilin yekunu üzrə gözlənilən ÜDM-in həcmini üstələyir”, - deyə bankın icmalında qeyd edilib.

Xatırladaq ki, Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun (SOFAZ) aktivləri və Maliyyə nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.

U.A.

0
5