Putin Ermənistan ilə qoşunların birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib

Putin Ermənistan ilə qoşunların birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib, müvafiq sənəd bu gün rəsmi hüquq informasiya internet portalında dərc olunub.

Bu barədə Oxu.Az RİA Novostiyə istinadən xəbər verir.

“Rusiya Federasiyası hökumətinin Rusiya Federasiyası ilə Ermənistan arasında qoşunların birləşmiş qruplaşmasının yaradılması haqqında təklifləri qəbul olunub”, - sənəddə deyilir.

Qeyd edək ki, bu qruplaşma Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsi üçün yaradılır. Saziş beş il müddətində davam edəcək və ölkələrin rejimi tərk etmək istəyi olmadıqda avtomatik olaraq müddət uzadılacaq.

Yaradılan qruplaşmanın əsas məqsədləri sırasına saziş tərəfləri olan ölkələrin silahlı hücuma cavab vermə, eləcə də Rusiya və Ermənistan dövlət sərhədlərinin bağlanması məsələləri də daxildir.

Qruplaşmaya komandan Rusiya SQ Ali baş komandanının razılığı ilə Ermənistan SQ Ali baş komandanı tərəfindən təyin edilir.

N.О.

0
7