Yol polisi sürücünü cərimə etmək üçün özü qaydaları pozdu – FOTO

Yol polisi sürücünü cərimə etmək üçün özü qaydaları pozdu – FOTO

Yol polisi avtomobilini avtobus dayanacağında saxlayaraq hərəkəti məhdudlaşdırıb.

Oxu.Az Criminal.az saytına istinadən xəbər verir ki, ötən gün yol polisinin qanunsuz hərəkəti diqqətdən yayınmayıb.

Sabunçu rayonu, Yavər Əliyev küçəsində qayda pozan sürücünü cəzalandırarkən özü kobud şəkildə qayda pozub. Yol polisi avtomobilini avtobus dayanacağında saxlayaraq hərəkəti məhdudlaşdırıb. Bundan başqa maşını ikinci zolaqda saxlamaqla hərəkət iştirakçılarına mane olub.

A.M.

0
6