KİV: Klinton boşanmaq üçün müraciət edib

KİV: Klinton boşanmaq üçün müraciət edib

ABŞ prezidentliyinə sabiq namizəd Hillari Klinton həyat yoldaşı Bill Klintondan ayrılmaq üçün müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Christian Times Newspaper” məlumat yayıb.

Nəşr boşanmaq üçün müraciətin fotosunu təqdim etsə də, bu müraciətin hansı məhkəməyə daxil olduğunu dəqiqləşdirməyib. Qəzet iddia edir ki, Hillari Klinton ayrılma səbəbinin dözülməz fikir ayrılığı ilə izah edib.

Nəşrin məlumatına görə, daha öncə cütlük boşanma halında əmlak məsələlərinin nizamlanması üçün ayrı yaşadıqlarını bəyan etmişdilər.

“Christian Times Newspaper”in Hillari Klintonun iddia adlandırdığı blankda, cavabdeh kimi məhz Bill Klintonun adı göstərilib, iddiaçı qrafasında isə onun arvadının imzası var.

Məlumata görə, Hillari Klinton üçün nikahın qorunması seçkiqabağı kampaniyada məna kəsb edirdi, çünki ABŞ-da “ailəsiz” prezidentin olması mümkün deyil. Nəşr qeyd edib ki, Klintonların nikahı Bill Klintonun Monika Levinski ilə münasibətlərindən sonra yaranan böhranın öhdəsindən gələ bilməyib.

Bill və Hillari Klinton 40 il bundan öncə ailə qurublar. Onların Çelsi adlı qızları, eləcə də iki nəvələri var.

N.O.

0
7