Donald Tramp prezident məvacibindən imtina edəcək

Donald Tramp prezident məvacibindən imtina edəcək

Donald Tramp prezident məvacibindən imtina etdiyini, amma qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala biləcəyini bildirib.

Oxu.Az bu barədə RİA Novostiyə istinadən xəbər verir.

“Mən maaş almaq fikrində deyiləm. Qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala bilərəm”, - Tramp deyib.

Qeyd edək ki, ABŞ prezidentinin illik maaşı 400 min dollardır.

Bundan başqa dövlət başçısı şəxsi məsrəfləri üçün ildə 50 min dollar xərcləyə bilər.

N.O.

0
7