Şamaxıda torpaq sürüşməsi aktivləşib

Şamaxıda torpaq sürüşməsi aktivləşib

Şamaxı rayonu ərazisində torpaq sürüşməsi aktivləşib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, rayonun Mədrəsə kəndində torpaq sürüşməsi davam edir.

Ərazidə yaşayış evləri ilə yanaşı 40 hektara qədər pay torpağı və otlaq sahəsi sürüşməyə məruz qalıb.

Torpaqda qabarma və çökmələr müşahidə olunur. Magistral yola ziyan dəyib və asfalt örtüyündə çatlar müşahidə olunur.

Kənd sakinlərinin sözlərinə görə, 45 metr uzunluğu, 20 metr eni olan sahədə dəyişiklik daha çox müşahidə olunur.

E.Ə.

0
3