Ağstafa idarə sürücüsü qətlə yetirildi

Ağstafa idarə sürücüsü qətlə yetirildi

Ağstafada qətl hadisəsi törədilib.

Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı şəhərində qeydiyyatda olan, Ağstafa şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Tural Vaqif oğlu Hacıyevin meyiti ötən gecə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Müayinə zamanı onun baş nahiyəsindən küt alətlə vurularaq qətlə yetirildiyi məlum olub.

Məlumata görə, T. Hacıyevi xəstəxanaya rayon sakini, 1985-ci il təvəllüdlü Samir Əliyev gətirib və onun avtomobil qəzasında xəsarət aldığını deyib.

Qeyd edək ki, qətlə yetirilən Tural Hacıyev Ağstafa Qaz İstismarı Sahəsində sürücü işləyir.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

E.Ə.

0
14