Sabah 2,7 milyon manata dövlət əmlakı hərraca çıxarılacaq – SİYAHI

Sabah 2,7 milyon manata dövlət əmlakı hərraca çıxarılacaq – SİYAHI

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ümumilikdə 73 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı noyabrın 15-də keçiriləcək növbəti hərrac elan edilib.

Oxu.Az-a komitədən verilən məlumata görə, bu dəfəki hərraca 25 səhmdar cəmiyyəti, 43 kiçik dövlət əmlakı və 5 nəqliyyat vasitəsi çıxarılıb.

Hərrac elanında isə həm torpaq sahəsinin, həm də tikilinin və eləcə də hər ikisinin hərraca çıxarılan ümumi ilkin satış qiyməti göstərilib. Hərrac qiymətləri 3000 manatdan başlayaraq 2,7 milyon manatadəkdir.

Belə ki, torpaq sahəsi 7869,1 kv.m və ümumi faydalı sahəsi 958,1 kv.m olan dövlət əmlakının ilkin satış qiyməti 2 milyon 658 min 500 manatdır. Start qiyməti yüksək olan digər dövlət əmlakları paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyası və Suraxanı rayonunda yerləşən 42 saylı mağazadır.

Bu əmlaklar müvafiq olaraq 750 min və 800 min manat ilkin satış qiyməti olmaqla hərraca çıxarılıb. Ən aşağı start qiymətinə (3 min manat) malik dövlət əmlakı isə Bakının Nərimanov rayonunda yerləşən və qeyri-yaşayış sahəsidir.

Hərrac barəsində daha ətraflı buradan tanış olmaq olar.

U.A.

0
4