Tramp administrasiyasının gələcək rəhbərini təyin etdi

Tramp administrasiyasının gələcək rəhbərini təyin etdi

ABŞ-da prezident seçkilərində qələbə qazanan Donald Tramp administrasiyasının rəhbərinin Respublika partiyasının Milli komitəsinin hazırki sədri Rayns Pribusun olacağını bəyan edib.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.

Trampın baş müşaviri isə onun seçkiqabağı kampaniyasına rəhbərlik edən politexnoloq Stiven Bennon olacaq.

Tramp öz bəyanatında Pribusu və Bennonu seçkiqabağı kampaniyanın gedişatında bir yerdə uğurla çalışan yüksək ixtisaslı liderlər adlandırıb.

BBC-nin müxbirləri 44 yaşlı Pribusun seçkiqabağı kampaniya zamanı Tramp qərərgahı ilə Respublika partiyasının rəhbərliyi arasında əlaqələndirici bənd rolunu oynadığını qeyd ediblər.

Tramp inauqurasiyaya iki ay qalmış öz administrasiyasını formalaşdırmalıdır.

N.O.

0
6