Dollar bahalaşdı, avro isə ucuzlaşdı

Dollar bahalaşdı, avro isə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 11-i ilə müqayisədə 0,50% bahalaşaraq 1,6954 manat təşkil edib.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8397 manatdan 1,8307 manata düşüb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0260 manatdan 0,0259 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5188 manatdan 0,5203 manatadək bahalaşıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1191 manatdan 2,1301 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6802 manatdan 0,6864 manatadək bahalaşıb.

U.A.

0
3