ABŞ-da silahlı insident: 3 ölü, 2 yaralı

ABŞ-da silahlı insident: 3 ölü, 2 yaralı

ABŞ-ın Ceksonvill şəhərində (Florida ştatı) silahlı insident baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ərzaq mağazasının qarşısında baş verən atışmada 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölənlərdən birinin körpə uşaq olduğu bildirilir. Hazırda polis insidentin səbəblərini müəyyənləşdirir.

0
4