Yeni Zelandiyada yeni güclü zəlzələ

Yeni Zelandiyada yeni güclü zəlzələ

Yeni Zelandiyada 6,8  bal gücündə yeni zəlzələ qeydə alınıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kayikoura şəhərindən 38 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, noyabrın 13-də Yeni Zelandiyada 7,5 bal gücündə zəlzələ baş verib. İlkin məlumata əsasən, təbii fəlakət nəticəsində 2 nəfər ölüb.

0
5