PA rəsmisi: Azərbaycan münaqişəni yalnız sülh yolu ilə həll etmək istəyir

PA rəsmisi: Azərbaycan münaqişəni yalnız sülh yolu ilə həll etmək istəyir

“Bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsinə dair konkret məsələ yoxdur”.

Ermənistan prezidenti Serj Sarkisyan danışıqlara getməməklə özünə və xalqına pislik edir.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. 

N.Məmmədov bildirib ki, Azərbaycan münaqişəni yalnız sülh və danışıqlar yolu ilə həll etmək istəyir: 

“20 ildən artıq müddətdə Azərbaycan bu yola sədaqətini göstərib. Ancaq münaqişənin həlli ilə bağlı irəliyə getmək üçün hər hansı imkan yarananda Ermənistan təxribata əl atır. Bu, 10-12 il əvvəl, 2009, 2014 və bu il aprel ayının əvvəlində olub. 

Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin marağını görüb, təxribata əl atdı, təxribatının cavabını da aldı. İki gün əvvəl isə Ermənistan prezidenti Serj Sarkisyan deyib ki, artıq danışıqlara getməyəcək.

Ermənistan prezidenti danışıqlara getməməklə, özünə və xalqına pislik edir. Biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik. Beynəlxalq birliyin köməyi ilə buna nail olacağıq. Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünsün”.

N.Məmmədov Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi ilə bağlı ortada konkret məsələ olmadığını deyib.

0
22