Futbolçularına ən çox maaş verən klub – SİYAHI

Futbolçularına ən çox maaş verən klub – SİYAHI

Dünyada futbolçularına ən yüksək maaş verən klubların adları açıqlanıb.

Oxu.Az Qol.az-a istinadən xəbər verir ki, “Daily Mail” nəşrinin araşdırmasına əsasən, siyahıda ilk pilləni “Mançester Yunayted” tutur.

Bu komandanın bir futbolçusunun illik maaşı orta hesabla 5,77 milyon funt-sterlinq (həftəlik 110 min funt) təşkil edir.

“Barselona” ikinci (5,65 milyon), “Mançester Siti” üçüncü (5, 42 milyon) yeri tutur.

İlk onluğa həmçinin bu klublar da düşüb: “Real” (5,05 milyon), “Çelsi” (4,51 milyon), PSJ (4,47 milyon), “Bavariya” (4, 16 milyon), “Yuventus” (3, 97 milyon), “Arsenal” (3,7 milyon) və “Liverpul” (3,1 milyon).

A.M.

0
6