İlin sonunda 1 dollar 1.90 manatdan baha satıla bilər – CƏDVƏL

İlin sonunda 1 dollar 1.90 manatdan baha satıla bilər – CƏDVƏL

Ötən oktyabr ayının 17 və 18-də 1 ABŞ dolları 1.5969 manat səviyəsinədək düşmüşdü. Ötən 25 gün ərzində Dollar 0.09 manat və ya 5,6% bahalaşaraq bu gün 1.6869 manata qalxıb. Artıq bir çoxları dolların belə bir sürətlə qalxmasından narahatlıq keçirir.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, əgər, Mərkəzi Bankın müdaxiləsi olmasa və Dolların bahalaşması son 25 gündəki sürətlə davam edərsə, ilin sonunda 1 dollar 1.87-1.88 aralığındakı səviyyələrədək çıxa bilər.

Dolların bahalaşmasının sürəti bir az aşağı olarsa belə, 1 dollar 1,8 manat səviyyəsinin üzərinə qalxa bilər. Bu ssenarilər reallaşarsa banklar 1 dolları 1 manat 90 qəpikdən baha satacaqlar.

Əgər Mərkəzi Bank və Neft Fondu birlikdə valyuta hərracında böyük məbləğdə valyuta satarlarsa Dolların bahalaşması səngiyə və ya düşə bilər.

Məsələ burasındadır ki, Mərkəzi Bank ehtiyatlarını maksimum qoruyub saxlamaq istəyir. 31.10.2016-cı il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 5,5 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu isə bildirib ki, Fond manata ehtiyacı olduqca dollar sata bilər.

Dolların məzənnəsinin qalxması Mərkəzi Banka və Neft Fonduna ehtiyatlarını az da olsa qorumağa kömək edir. Məzənnə yüksəldikcə, tələb olunan manat vəsaiti üçün Daha az dollar satılır.

USD/AZN rəsmi məzənnəsi

03.10.2016

1.6170

04.10.2016

1.6138

05.10.2016

1.6115

06.10.2016

1.6036

07.10.2016

1.6036

10.10.2016

1.6006

11.10.2016

1.6006

12.10.2016

1.5986

13.10.2016

1.5986

14.10.2016

1.5970

17.10.2016

1.5969

18.10.2016

1.5969

19.10.2016

1.6000

20.10.2016

1.6030

21.10.2016

1.6091

24.10.2016

1.6151

25.10.2016

1.6211

26.10.2016

1.6291

27.10.2016

1.6291

28.10.2016

1.6381

31.10.2016

1.6381

01.11.2016

1.6381

02.11.2016

1.6490

03.11.2016

1.6490

04.11.2016

1.6596

07.11.2016

1.6596

08.11.2016

1.6686

10.11.2016

1.6782

11.11.2016

1.6869

A.M.

0
7