Məşhur aktyorun həbsi tələb olunur – FOTO + VİDEO

Məşhur aktyorun həbsi tələb olunur – FOTO + VİDEO

“Kaybolan yıllar” serialındakı obrazı ilə populyarlıq qazanmışdı.

Aktyor Saruhan Hünelin keçmiş sevgilisi Eda Sönməzə qarşı fiziki zorakılıq tətbiq etməsi səbəbindən həbsi tələb olunur.

Oxu.Az xəbər verir ki, ötən il Ailədaxili Cinayətlər Bürosuna ifadə verən Eda Sönməzin 6 aylıq sevgi münasibətləri ərzində məşhur aktyor tərəfindən 5 dəfə şiddət gördüyü haqqında ifadəsindən sonra Anadolu Respublika Prokurorluğu istintaq başlanıb.

Aktyorun 7 aydan 4 ilə qədər həbsi istənilir.

Qeyd edək ki, aktyorluğa modellikdən gələn Saruhan Hünel 2006-cı ilin istehsalı olan “Kaybolan yıllar” serialındakı Esmer obrazı ilə daha da populyarlıq qazanmışdı.

0
21