Bakıda “Lotu Quli”nin adamları saxlanıldı

Bakıda “Lotu Quli”nin adamları saxlanıldı

Onlardan üç ədəd silah götrülübb.

Bakıda kriminal aləmin nüfuzlu şəxsləri hesab edilən üç nəfər saxlanılıb.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, Sabunçu rayonunda kafelərdən birində baş tutan əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Tutulan şəxslərin üzərindən və avtomobillərindən ümumilikdə üç ədəd silah - “Kalaşnikov” avtomatı, “Makarov” və “Naqan” tapançaları, habelə, narkotik maddə olan heroin götürülüb.

İlkin məlumata əsasən, tutulan şəxslər “Lotu Quli” kimi tanınan, hazırda həbsdə olan Nadir Səlifova yaxınlığı ilə tanınan şəxslər olub.

0
21