Azərbaycan idmançısı İstanbul Marafonunun qalibi oldu

Azərbaycan idmançısı İstanbul Marafonunun qalibi oldu

Bu gün Azərbaycan idmançısı atlet Evans Kiplagat 38-ci İstanbul Marafonunun qalibi olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, marafon “15 iyul şəhidləri üçün yarışırıq!” şüarı ilə keçirilib.

E. Kiplagat kişilər arasında 42 km 195 m məsafəni 2 saat 13 dəqiqə 19 saniyədə qət edib. İkinci yerin efiopiyalı atlet Şura Kitata Tola, üçüncü yeri keniyalı atlet Peter Kiptoo Kiplagat tutub.

Marafonda qadınlar arasında qalib isə keniyalı atlet Agnes Jeruto Barsosio olub.

A.M.

0
10