Qarabağda erməni əsgər öldürüldü

Qarabağda erməni əsgər öldürüldü

Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində itki verib.

Oxu.Az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Məlumata əsasən, noyabrın 13-də, saat 02:15 radələrində Qarabağın cənub istiqamətində yerləşən düşmən hərbi hissələrindən birində olan 1995-ci il təvəllüdlü əsgər Vardan Arakelyan ölüb. Onun avtomatdan açılan güllə yarasından öldüyü bildirilir.

Erməni tərəfinin iddiasına görə, əsgər naməlum şəraitdə öldürülüb.

Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.

A.M.

0
5