Ana və iki övladı yanaraq öldü - RUSİYADA

Ana və iki övladı yanaraq öldü - RUSİYADA

Rusiyada ana və iki azyaşlı övladı gözətçi otağında yanğın zamanı ölüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün İstintaq Komitəsinə Moskva yaxınlığındakı Mıtiş qəsəbəsində yanğın zamanı ana və iki uşağın ölməsi barədə məlumat daxil olub.

Hadisə Mıtiş Veteranları Assosiasiyasının bağındakı gözətçi otağında baş verib. Yanğın zamanı 33 yaşlı ana və iki azyaşlı uşağı həyatını itirib.

Araşdırma aparılır.

0
7