Erməni silahlıları mövqelərimizi minaatanlartan atəşə tutublar

Erməni silahlıları mövqelərimizi minaatanlartan atəşə tutublar

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

A.M.

0
7