Avstriyanın Ankaradakı səfirliyinin qarşısında aksiya

Avstriyanın Ankaradakı səfirliyinin qarşısında aksiya

Avstriyanın Ankaradakı səfirliyinin qarşısında rəsmi Vyananın PKK-ya dəstək verməsinin  əleyhinə etiraz aksiyası keçirilib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, aksiyada minədək şəxs iştirak edib.

Aksiyada PKK-ya qarşı hərbi əməliyyatların veteran iştirakçıları və terror aktları qurbanlarının qohumları iştirak ediblər. Analoji aksiyalar son günlər Almaniya, Belçika və Fransanın Ankaradakı səfirlikləri qarşısında keçirilib. Etirazçılar “PKK-ya dəstək göstərilməsinə son qoyun” və “Artıq səbir kasamız  dolub” və s. şüarlar səsləndiriblər.

Prezident Rəcəb Tayyip Ərdoğan bundan əvvəl Qərb ölkələrini PKK terrorçularına sığınacaq verməkdə günahlandırıb.

0
7