Əməkdar artist səhnədə öldü

Əməkdar artist səhnədə öldü

Rusiyanın əməkdar artisti Boris Lifanov səhnədə ölüb.

Axşam.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, Tver akademik dram teatrının səhnəsində oynadığı tamaşa başa çatdıqdan sonra dünyasını dəyişib.

Teatrın rəsmi internet saytında yerləşdirilən xəbərdə “Aparıcı aktyorlardan olan Boris Lifanov səhnədə ölüb. O, “Səkkiz sevən qadın” tamaşasında rolunu ifa etdikdən sonra tamaşaçılara baş əydikdə vəfat edib” sözləri qeyd olunub.

Lifanov sözügedən teatrda 1983-cü ildən çalışmağa başlayıb.

0
7