Rusiyada terrorçu qardaşına pul verən azərbaycanlıya hökm oxundu

Rusiyada terrorçu qardaşına pul verən azərbaycanlıya hökm oxundu

O, beş il müddətinə azadlıqdan məhrum edilib.

Moskvanın dairə məhkəməsi Lipetskdə səyyar iclasında çərşənbə günü terrorçulara dəstəkdə ittiham edilən şəxsə hökm oxuyub.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın FTX Lipetsk vilayəti üzrə idarəsi məlumat yayıb. 

İttiham edilən şəxs - əslən azərbaycanlı olan Lipetsk vilayətinin Lebedinski rayon sakinidir, o, region ərazisində bizneslə məşğul olur. 

“O, kommersiya fəaliyyətindən əldə etdiyi gəlirin bir hissəsini Suriyada terror qruplaşmalardan birinin tərkibində döyüşən qardaşına yollayırdı”, - məlumatda deyilir. 

Müttəhim 5 il müddətinə azadlıqdan məhrum edilib, bununla yanaşı 200 min rubl həcmində cərimə edilib, məlumatda bildirilir. 

0
19